Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Beynəlxalq Allergiya Günü qeyd olunacaq

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə hər il dünyada 30 may Ümumdünya “Beynəlxalq allergiya günü” kimi qeyd olunur. Beynəlxalq allerqoloqlar, immunoloqlar və immunoreabitoloqlar assosiasiyasının Azərbaycan bölməsi də bu günü hər il elmi-praktik konfrans şəklində qeyd edir.

Ölkəmizdə son 25 ildə Azərbaycanda allerqoloji xidmət xeyli inkişaf edərək, müvəffəqiyyətlər əldə olunmuşdur. Hazırda ATU-da fəaliyyət göstərən “Allerqologiya və klinik immunologiya” kursunda müalicə və pediatriya fakültəsi tələbələrinə fənnin ən müasir problemləri tədris olunur.

 

Son 20 ildə hər 4 ildən bir Azərbaycan allerqoloqlarının Beynəlxalq konqresi keçirilir. Azərbaycan allerqoloqlarının bir qismi “Avropa allerqoloqlar və immunoloqlar”, “Avropa respiratorlar”, və “Amerika torakal cəmiyyətlərinin,” üzvləridir. Hər il bu cəmiyyətlərin Avropa ölkələrində, ABŞ-da keçirilən Beynəlxalq konqreslərində Azərbaycandan onlarla professor və həkimlər iştirak edirlər. Avropa Respiratorlar cəmiyyətinin növbəti konqresi 2015-ci il sentyabrda keçiriləcək və tədbirə bir sıra tanınmış allerqoloqlarımız iştirak üçün hazırlaşır.

Bu sahə üzrə əhaliyə yüksək səviyyədə lazımı tibbi xidmət göstərilir. Belə ki, N 5-li klinik xəstəxana böyüklər üçün, N 6-li klinik xəstəxana isə uşaqlar üçün allerqoloji mərkəz statusunda fəaliyyəti ilə Respublika səhiyyə ocaqlarına metodik-konsultativ xidmət göstərir. Klinikalarda allerqoloji kabinetlər və stasionar şöbələri mövcuddur. Eyni zamanda ATU-nun Tədris Terapevtik klinikasında allerqoloji-pulmonoloji şöbələr təşkil olunub və yüksək ixtisaslı həkimlər tərəfindən əhaliyə xidmət göstərirlər.

Hazırda ölkəmizdə rezidentura yolu ilə allerqoloq-həkimlər hazırlanır və onlar Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrin mütəxəssisləri ilə sıx şəkildə fəaliyyət göstərirlər.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

29/05/2015

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->