Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Respublika Klinik Xəstəxananın I korpusu əhalinin istifadəsinə verildi

Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkəmizdə yeni tikilən və əsaslı təmir olunan tibb müəssisələrinin açılış mərasimləri artıq ənənə halını alıb. Bu qəbildən daha bir tibb müəssisəsi, Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxananın I korpusunun açılış mərasimi olub. Əsaslı təmirdən sonra Patoloji-hamiləlik, I qəbul, məsləhət poliklinikası, II sinir xəstəlikləri, nefrologiya, qastroenterologiya, allerqologiya və reanimasiya - intensiv terapiya şöbələri istifadəyə verilmişdir.

 

Ümumilikdə şöbələr üzrə 200 çarpayısı olan korpus yüksək keyfiyyətli avadanlıqla, elektron idarə olunan stollarla, narkoz aparatları ilə təchiz olunub. Reanimasiya şöbəsində xaricdə istehsal olunan yüksək səviyyəli süni tənəffüs aparatları və xəstəyə təcili yardım göstərmək üçün digər cihazlar da mövcuddur.

 

Şöbələr üzrə diaqnostik avadanlıqlar, mebeller və inventarlarla təmin edilmiş korpusa ektroensefaloqraf “Neyron-Spektr-3”, əlil arabaları, video qastro dayaq dəsti, Almaniya istehsalı olan oftalmoskop, otoskop , lor baxış alət dəsti ENES, Lor kombayn, aspirator, irrigator və kompressor, video endoskop və işıq qaynağı, endoskop üçün monitor, alət və dərman yerləşdirmək üçün masa, tam elektron idarəetmə, lOR kreslonun mərkəzdən idarəetmə imkanı, rentgen filmləri aşkarlamaq üçün avtomatik prosessor, qurutma sistemi ilə, qrafik və skopiyalı yüksək tezlikli rentgen qurğusu, flexavision FD, 80 kv generator, 400 Khu rentgen şüalandırıcı, rəqəmsal CCD kamera, ən son tələblərə cavab verən USM cihazları, universal ginekoloji doğuş kresloları, hidravlik tənzimlənən, ginekoloji, uroloji, abdominal əməliyyatlar üçün əməliyyat masaları, anesteziya və süni tənəffüs cihazları, xəstənin həyat fəaliyyətini müşahidə etmək üçün monitorlar, ginekoloji kreslolar, yenidoğulmuşun intensiv terapiyası üçün neonatal inkubator, yenidoğulmuşlar üçün CPAP, avtomatik hava və oksigen dozatoru, larinqoskop pediatrik, yenidoğulmuşlar üçün stasionar küvez , KTQ aparatı, qızdırıcısı olan reanimasiya masası və. s. ən son texnoloji avadanlıqlarla təchiz olunub.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

28/12/2015

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->