Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Nazirliyinin Uşaq Bərpa Müalicə Mərkəzində bayram şənliyi keçirilib

Ölkə başçısı İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində Səhiyyə Nazirliyinin Uşaq Bərpa Müalicə Mərkəzi bu gün təmir olunub və artıq bir ildir ki tam gücü ilə azyaşlılara lazımi yardım göstərir. Əsaslı təmirdən sonra son bir il ərzində mərkəzdə 2 min uşaq reabilitasiya kursu keçib. Müalicə reabilitasiya kursu diaqnoza görə il ərzində 4-5 dəfə təkrarlanır.

 

Mərkəzdə müasir reabilitasiya metodları: Kostum terapiyası, Qross trenajoru, müalicəvi bədən tərbiyəsi, massaj, loqoped otağı, art terapiya (rəsmlə terapiya), aktiv terapiya (oyuncaqla hərəkət terapiyası) tətbiq olunur. Mərkəzin gözəl ənənələrindən biri də Yeni il şənliklərini xəstələrlə bir yerdə keçirilməsidir. Sağlamlıq imkanları məhdud uşaqlarla sağlam (digər nazoloji xəstəliklər) uşaqlar bir yerdə şənlik edirlər və bu həm sağlam uşaqlarda qayğı, birlik hissini inkişaf etdirir, həm də sağlamlıq imkanları məhdud olan uşaqlarda özünə inamı, dostluq hissini artırır.

 

Bu il Mərkəzdə 40 uşaq və 20 valideynin iştirakı ilə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü keçirildi. Şənlikdə valideynlər yaradılmış şəraitə, əhaliyə göstərilən diqqət və qayğıya görə ölkə başçısına, səhiyyə nazirinə öz minnətdarlıqlarını bildirdilər. Şənlikdə xəstə uşaqlar tibb işçilərinin köməyi ilə Şaxta baba, Qar qız və şən klounlarla rəqs etdilər, şənləndilər.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

28/12/2015

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->