Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Respublika Klinik Xəstəxanasının mütəxəssisləri Naxçıvanda müayinələr aparıblar

Azərbaycan Respublikası səhiyyə naziri cənab Oqtay Şirəliyevin tapşırığı ilə akad. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 24 nəfərdən ibarət müxtəlif ixtisaslar üzrə yüksək ixtisaslı həkim briqadası 22-25 dekabr 2015-ci il tarixdə Naxçıvan Muxtar Respublikasına ezam olunmuşlar.

Qeyd olunan müddət ərzində 2520 nəfər hərtərəfli tibbi müayinədən (rentgen, USM, laborator, EKQ) keçmiş, həkimlər tərəfindən baxılmışdır. 72 nəfərdə müxtəlif cərrahi əməliyyatlar aparılmışdır. 12 nəfərin Bakıya gəlməsi məsləhət bilinmişdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

29/12/2015

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->