Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri Oqtay Şirəliyev Ucarda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev 6 yanvar 2015-ci il tarixində saat 14.00-da Ucar Rayon Mərkəzi Xəstəxanasında Ucar, Göyçay, Ağdaş, Ağsu və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.

 

Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

 

Qəbula yazılmaq istəyən vətəndaşlar Ucar Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

5/01/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->