Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Dərmanların keyfiyyəti və təhlükəsizliyi daim diqqət mərkəzindədir

Bir sıra Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri öz mətbu orqanlarında illər boyu müxtəlif səbəblərdən ləğv edilmiş (qeydiyyatdan keçməmiş, istifadə müddəti bitmiş və.s) dərman preparatlarının siyahısını yerləşdirmişdir.

Bu da əhali arasında çaşqınlığa səbəb olmuşdur.

 

Məlumat üçün bildirilir ki, qadağan olunmuş seriyalardan olan dərman preparatları mütəmadi olaraq aptek şəbəkələrindən çıxarılır.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi vətəndaşların diqqətinə çatdırır ki, dərman bazarında vəziyyət stabildir, dərmanların keyfiyyəti və təhlükəsizliyinə nəzarət daim diqqət mərkəzindədir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

5/01/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->