Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Tibb qəzeti”nin 25 yaşı tamam olur

Səhiyyə Nazirliyinin mətbu orqanı olan “Tibb qəzeti” 25 illiyini qeyd edir. 1991-ci ilin yanvar ayının 5-dən çap olunan, əvvəllər “Şəfqət” adı ilə dərc edilən qəzet 2007-ci ildən yeni adla işıq üzü görür.

 

Qəzetin səhifələrində səhiyyə sahəsində və müvafiq qanunvericilikdə olan yeniliklər, səhiyyənin təşkili qaydalarında tətbiq olunan dəyişikliklər öz əksini tapır, həmçinin dünyada və Azərbaycanda tibb elminin nailiyyətləri haqqında məlumatlar verilir.

 

Mətbu orqanında, eyni zamanda, səhiyyə sahəsində qurulan beynəlxalq əlaqələr, Azərbaycanda yeni tətbiq olunan müalicə metodları və nadir əməliyyatlar haqqında məlumatlar, əczaçılıq xəbərləri, jurnalist araşdırmaları, maraqlı şəxsiyyətlərlə müsahibələr də yer alır.

 

Səhiyyə müəssisələrində vakant yerlər haqqında elanlar da yalnız bu ixtisaslaşmış nəşrdə dərc olunur.

“Tibb qəzeti” ayda bir dəfə, 21 900 nüsxə tirajla nəşr edilir. Mətbu orqanı Azərbaycanın bütün şəhər və rayonlarına, hətta ucqar kəndlərində fəaliyyət göstərən dövlət tibb müəssisələrə və bir çox apteklərə çatdırılır.

 

İndi qəzet oxuculara daha yaxın olub. Qəzetin www.tibbqazeti.az ünvanında yerləşən saytında materialların elektron versiyası ilə də tanış olmaq mümkündür. İl ərzində sayta 120 mindən artıq baxış qeydə alınır.

 

“Tibb qəzeti” bir çox uğurlara imza atmışdır. Hazırda biz yeni planlar üzərində işləyirik. Ümid edirik ki, onlar da çoxsaylı oxucularımız üçün maraqlı olacaq.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

6/01/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->