Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Antenatal və doğuşayardım xidmətinin keyfiyyətinə dair toplantı keçirilmişdir

Bakı şəhər Baş Səhiyyə İdarəsində Bakı şəhərinin doğuşayardım tibb müəssisələrində hamilələrə göstərilən antenatal və doğuşayardım xidmətinin keyfiyyətinin artırılması və nəzarətin gücləndirilməsi dair toplantı barədə iclas keçirilmişdir.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin məsləhətci G.Ağayeva, Səhiyyə Nazirliyinin baş anestezioloq –reanimatoloqu A.Qədirov, Respublika Perinatal Mərkəzinin direktoru S.Məmmədova və doğuşayardım xidməti göstərən tibb müəssisələrinin rəhbərlərinin iştirakı ilə keçirilən toplantıda hamilə qadınlara ərazi qadın məsləhətxanaları tərəfindən göstərilən antenatal xidmət, o cümlədən, hamilələrin özəl tibb müəsissələrində qeydiyyatda olduğu halda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 06.03.2013-cü il tarixli 21 nömrəli əmrinin icrası üzrə müəssisələr arasında müvafiq qayadada əlaqəli işin diqqətdə saxlanılması, risk qrupundan olan hamilələrə nəzarətin gücləndirilməsi vurğulanmış, onlara müvafiq mütəxəssisilərlə konsiliumun təşkil olunmasının vacibliyi və vaxtında stasionarlaşdırılması barədə muzakirələr aparılmışdır.

 

Stasionarlarda aparılan doğuşayardım xidməti üzrə müzakirələrdə həkim seçimi məsələsinin müəssisə rəhbərliyi tərəfindən tənzimlənməsi, kadrların potensialı və hazırlıq vəziyyətinin qiymətləndirilməsi, tibb işçilərinin öz vəzifələrinə uyğun olaraq məsuliyyətinin artırılması, müəssisədaxili nizam-intizam qaydalarına riayət edilməsi istiqamətində göstəriş verilmişdir.

 

İclasda mütəxəsisslər çıxış edərək, ana ölümlərinin qarşısının alınması və hamilələrə göstərilən antenatal və doğuşayardım xidmətinin təkmilləşdirilməsinə dair öz təkliflərini vermişlər.

 

Yekun olaraq Azərbaycan Respublikasının “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı”nın (2013-2017-ci illər), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin doğuşayardım xidmətı üzrə müvafiq əmr və sərəncamlarının, təlimat və klinik protokollarının icrasına nəzarətin artırılması, həmçinin antenatal və doğuşayardım işinin gücləndirilməsi istiqamətində baş həkimlərə tapşırıqlar və bu sahədə müntəzəm olaraq monitorinqlərin keçiriləcəyi barədə məlumat verilmişdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

12/01/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->