Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

RMDM hepatit müayinələri aksiyasına start verib

Yanvar ayının 18-dən Respublika Müalicə Diaqnostika Mərkəzi (RMDM) əhalinin hepatitlərdən ödənişsiz müayinələrinə başlayıb. Sosial xarakter daşıyan müayinələrin təşkilində əsas məqsəd əhali arasında xəstəliyin yayılma riskini azaltmaq, vaxtında aşkarlamaq və gedişatı haqda vətəndaşı məlumatlandırmaqdır.

 

Hepatit müayinələri ən son üsul olan kartest test vasitəsi ilə həyata keçirilir.

Müayinə pozitiv nəticələr aşkar etdikdə, vətəndaşlar hepatoloqun qəbulunda ola və xəstəliyini gedişatı, müalicə üsulları haqda məlumat ala biləcək.

Qeyd edək ki, RMDMdə dəfələrlə anoloji aksiyalar təşkil olunub.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

18/01/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->