Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Uşaqlara göstərilən tibbi xidmətin keyfiyyəti yüksək səviyyədə təşkil olunub

Azərbaycanda uşaqlara göstərilən səhiyyə xidməti yüksək səviyyədə təşkil edilmişdir. Bu sahədə yerli səhiyyə müəssisələri ilə yanaşı, elmi-tədqiqat institutları yüksək səviyyədə fəaliyyət göstərir.

 

Təkcə 2015-ci il ərzində Elmi Təhqiqat Pediatriya Institutuna 9099, 2016-cı ilin birinci yarımilliyində isə 4500 müxtəlif dərəcəli sağlıq problemləri olan uşaq gətirilmişdir. Eyni zamanda, ötən il ərzində Konsultativ poliklinika şöbəsinə 21761, 2016-cı ilin birinci yarımillində 10530 uşaq müayinədən keçirilmisdir.

 

Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2013-cü il tarixli 150 nömrəli sərəncamı ilə təsdiq edilmiş “ Uşaqların icbari dispanserizasiyası haqqında Dövlət Proqramı”nın icrası da hər il uğurla tətbiq edilir. Beləki, 2016-cı il Proqram çərçivəsində ET Pediatriya İnstitutunun əməkdaşları respublikanın rayonlarında ezamiyyətdə olmuşlar. Həkimlərdən ibarət 15 qrup bölgələr üzrə 39 rayonda ezam olunmuşlar. Qanunun icrası məqsədilə rayon mərkəzi xəstəxanaları qarşısında Səhiyyə Nazirliyi tərəfindən çox mühüm vəzifələr qoyulmuş və həmin vəzifələrin uğurla yerinə yetirilməsi yolları göstərilmiş, yerlərdə müvafiq sənədlərin mövcudluğu olması (Qanunun mətni, Əmr, Təlimat və Qaydalar) yoxlanılmışdır. Dispanserizasiya planına uyğun olaraq aparılan müayinə və müalicə tədbirləri haqqında məlumatın uşaqların dispanser müşahidə kartında əksini tapması və “Elektron sağlamlıq kartı”nın yaradılması araşdırılmışdır. Sağlamlıq imkanları məhdud olan, həmçinin cəzaçəkmə müəssisələrində olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların siyahısı dəqiqləşdirilmişdir.

 

Görülən işlərlə yanaşı, İnstitutunun əməkdaşları bir sıra beynəlxalq tədbirlərdə iştirak etmişlər. O cümlədən, 19-22 may 2015-ci il tarixində Sankt-Peterburq şəhərində “Qızılca, Məxmərəyin diaqnostikası, eliminasiyası üzrə” toplantıda, t 2015-ci ilin mart ayında Gürcüstan, Tbilisi şəhərində “Tibbdə innovasiyalara aid Balkan Tibbi Forumu”nda, 2015-ci ilin 20 oktyabrında Bakı şəhərində xarici mütəxəssislərin iştirakı ilə “Neonatal xidmət” seminarı, 2015-ci ilin 2-18 noyabr tarixlərində “Ana və uşaq sağlamlığının mühafizəsi” üzrə konfransda (Tokio, Yaponiya) və digər tədbirlərdə iştirak etmişdirlər və bir məruzələrlə çıxış etmişdirlr.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

28/06/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->