Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Regionlarda səhiyyə xidməti yüksək səviyyədə təşkil olunub

Regionların inkişafı Dövlət Proqramı çərçivəsində 01-02.07.2016-cı il tarixlərində bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrində yaradılmış şəraitlə tanış olmaq üçün media tur təşkil olunmuşdur. Ölkənin tanınmış KİV nümayəndələri Balakən, Oğuz, Şəki Mərkəzi Rayon Xəstəxanalarında olublar.

 

Oğuz Rayon Mərkəzi Xəstəxanası 2009-cu ildə istifadəyə verilib. 72 həkimi olan xəstəxanada 2 min insana xidmət göstərmək üçün hər cür şərait yaradılıb. Xəstəxanada rentgen, filioqraf aparatı, USM, exokardioqrafiya, laboratoriya və digər xidmətlər mövcuddur. Nikaha daxil olan cütlüklərə edilən müayinələrdə daxil olmaqla xəstəxanaya gün ərzində təxminən 100-120 müraciət daxil olur.

 

Balakən Rayon Mərkəzi Xəstəxanası da yeni təmirdən çıxmış tibb müəssisələrindəndir. Mətbuat nümayəndələrinə məlumat verildi ki, 15 şöbədən ibarət olan xəstəxana 2011-ci ildə istifadəyə verilib. Poliklinika şöbəsində rentgen, kardiologiya, oftalmologiya, qastroskopiya və kolonoskopiya və 3 stomatoloji kabinetlər mövcuddur. Xəstəxanada 148 həkim, 504 orta tibb işçisi çalışır.

 

Press-turun son ünvanı Şəki Rayon Mərkəzi Xəstəxanası olub. 450-yə yaxın həkimin çalışdığı 100 çarpayılıq xəstəxana 2011-ci ilin noyabrında istifadəyə verilib. 6 korpusdan ibarət olan əsas binada təcili tibbi yardım, reanimasiya, iki cərrahiyyə, onkoloji xəstəliklər, göz xəstəlikləri, diaqnostika, laboratoriya, poliklinika, hemodializ şöbələri fəaliyyət göstərir. Müasir standartlara cavab verən USM, hemodializ, anesteziya avadanlığı, rentgenoqrafiya, kompüter-tomoqrafiya, süni nəfəs aparatları quraşdırılıb ki, bu da Şəki və ətraf rayon əhalisinə daha da keyfiyyətli yardım göstərməyə imkan verir. Eyni zamanda xəstəxananın hemodializ şöbəsində 40-a yaxın xəstə həftədə üç dəfə dializ müalicəsi alır. Xəstəxana xarici ölkələrdə hazırlıq kursları keçmiş tibb işçiləri ilə təmin edilib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

5/07/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->