Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İSİM-in əməkdaşları MEK-də maarifləndirmə məqsədilə keçirilən tədbirdə çıxış ediblər

15 iyul 2016-cı il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) maarifləndirmə məqsədilə təşkil olunmuş tədbirdə iştirak ediblər. Mərkəzin rəsmisi orqanizmində hormonal pozulmalar və bu sahədə görüləcək profilaktik metodlar haqda məruzə ilə çıxış edib.

 

Kitabxana işçiləri və digər iştirakçıların qatıldığı bu tədbir "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planının 7.1-ci bəndinə müvafiq olaraq reproduktiv sağlamlıq barədə maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə təşkil olunmuşdu.

 

Tədbir iştirakçılarına həyatın bütün mərhələlərində “Qadının reproduktiv sisteminə hormonların təsiri” və “Qalxanabənzər vəzin qadın sağlamlığında rolu" mövzuları ətrafında mühazirələr oxunub.

 

Qadınların sağlamlığında maarifləndirmə işinin vacib olduğunu söyləyən məruzəcilər yeniyetmə yaşlarda, hamiləlik zamanı və klimaks dövründə qadının endokrin sistemində baş verən pozulmaların səbəbləri və əlamətlərindən danışaraq, vaxtında aparılan profilaktik tədbirlərin yaranmış xəstəliyin müalicəsindən həm maddi, həm də mənəvi cəhətdən daha asan olduğunu vurğulayıblar.

 

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və onları maraqlandıran məqamlarla bağlı diskussiyalar aparılıb.

 

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

15/07/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->