Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin sanaviasiya xidməti yüksək səviyyədə təşkil olunmuşdur

20.07.2016-ci il tarixində Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının ( SNTTTYS) fəaliyyətinə dair mətbuat konfransı keçirilmisdir.

 

Konfrans zamanı KİV nümayəndələrinə bildirildi ki, səhiyyə nazirinin 01.12.2005-ci il tarixli “ Əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin (sanaviyasiya) təkmilləşdirilməsi barədə “140 saylı əmrinə əsasən Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının təxirəsalınmaz və planlı-konsultativ tibbi yardım şöbəsi (sanaviyasiya) ləğv edilərək onların funksiyaları SNTTTYS-a verilmişdir.

 

Qeyd olundu ki, səhiyyə naziri cənab Oqtay Şirəliyev tərəfindən 24.07.2006-ci il tarixli əmri ilə SNTTTYS-nın regional məntəqələrinin yaradılması 12 regionda baş vermiş yol-nəqliyyat hadisələri və digər qəza hallarında zərərçəkmişlərə təcili, təxirəsalınmaz və konsultativ tibbi yardım göstərilməsinə lazımi şərait yaradır.

 

Vurğulandı ki, hazırda Respublika üzrə 12 regional məntəqə vardır. Məntəqələrin hər birində yüksək səviyyəli həkimlər və orta tibb işçiləri fəaliyyət göstərir. Həkimlər mütəmadi olaraq təkmilləşmə kurslarına göndərilir və keçirilən sertifikasiya imtahanlarında yüksək nəticələr əldə edirlər. Təcili yardım məntəqələrinin maddi texniki bazası da müasir və dünya standartlarına uyğun qaydada təşkil edilmişdir. Belə ki, 113 regional məntəqələri bütün lazımi tibbi avadanliqlar , sarğı materialları və dərman preparatları ilə habelə son model Mercedes markalı reanimobillərlə təmin olunmuşdur. Bu da müraciət edənlərə vaxtında və lazımi qaydada tibbi yardım göstərməyə imkan yaradır.

 

KİV nümayəndələrinə bildirildi ki, 2007-2016-cı ilin müvafiq dövrünə qədər 15192 nəfər yol qəzasına düşmüş xəstələrə təcili yardım göstərilmışdir. Bundan əlavə 13428 nəfər konsultativ xəstələrə tibbi yardım göstərilmişdir.

 

Təkcə 2016-cı il daxil olmuş çağırışların sayı ümumilikdə 659 olmuşdur. Bunlardan yol nəqliyyatı hadisələri 624, terapevtik və digər travmalar sayı 35, baxılmış xəstələrin sayı 712, hospitalizə edilənlərin sayı 12, hadisə yerində ölüm 70, yerində tibbi yardım alanların sayı 37 olmuşdur.

 

113 xidmətinə daxil olmuş konsultativ cağrıların sayı 2016-cı il ərzində 1025, 113 və konsultativ çaqrışların sayı 1684, baxılmış konsultativ xəstələrin sayı 1684, baxılmış 113 və konsultativ xəstələrin sayı 2396 olmuşdur.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

20/07/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->