Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanda Hepatitlə mübarizə istiqamətindi əhəmiyyətli addımlar atılır

Hepatit viruslarına qarşı mübarizə səylərini gücləndirmək məqsədi ilə Ümumdünya Səhiyyə Assambleyasının 2010-cu ildə qəbul etdiyi 18 saylı Qərar qəbul etmişdir. Qərarda Hepatit viruslarının qarşısının alınmasına və onunla mübarizəyə kompleks yanaşmanın vacib olduğu vurğulanmış və 28 iyul tarixi Beynəlxalq Hepatitlə Mübarizə Günü elan edilmişdir. Həmin gün, qlobal ictimai səhiyyə problemi kimi, Hepatit barədə daha geniş məlumatlandırma işinə və bütün dünya ölkələrində yoluxmaya qarşı profilaktik və mübarizə tədbirlərinin həyata keçirilməsinə xidmət edir.

 

Bu xəstəliyin müayinə və müalicəsi, bu xəstəlikdən qorunma istiqamətlərində Azərbaycan da çox əhəmiyyətli addımlar atılır. Bu addımlardan biri də, Hepatit virusuna yoluxmuş xəstələrin müəyyən edilməsi, qeydiyyatının aparılması, onların dərman preparatları ilə təmin edilməsi və müalicəsinin təşkili məqsədilə müvafiq Komissiyanın yaradılması olmuşdur. Hepatitli xəstələrin diaqnozunun dəqiqləşdirilməsi məqsədilə müayinə planı təsdiq edilmiş və digər işlər həyata keçirilmişdir.

 

2016-ci ilin birinci və ikinci rüblərində xəstələr tərəfindən B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komisiyaya 1388 müraciət (tibbi sənədlər) təqdim olunmuş və baxılmışdır.

 

30 iyun 2016-ci il tarixinədək kumulyativ olaraq 5135 (hepatit C – 3961, hepatit B – 1174) müraciət təqdim olunmuş və baxılmışdır.

 

Nəticə olaraq 3533 şəxsin müalicəsi haqqında (48 həftə - 1032, 24 həftə - 2501) qərar qəbul edilmişdir. PZR müayinəsinə göndərilmiş xəstələrin ümumi sayı – 990 nəfər təşkil etmişdir.

 

Hepatit B virusunun sağlam daşıyıcıları – 577 nəfər, Hepatit B və Hepatit D koinfeksiyasının – 58 nəfər, Hepatit B və Hepatit C koinfeksiyasının – 77 nəfər, Qaraciyər sirrozundan əziyyət şəkənlərin sayı – 260 nəfər təşkil etmişdir.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

28/07/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->