Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının 80 ili tamam olub

1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının 80 ili tamam olub. Bu münasibətlə geniş tədbir keçirilib. Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin rəsmisi, tanınmış tibb xadimləri, xəstəxananın rəhbərliyi iştirak edib. Tədbirdə xəstəxananın zəngin tarixi haqqında geniş məlumat verilib.

 

Bildirilib ki, ölkəmizdə ilk dəfə 1925-ci ildə Mərdəkanda 150 nəfərlik psixiatrik kaloniya təşkil olunub. Daha sonra 1933-cü ildə Qala-Maştağa qəsəbəsində Aşurbəyov və Xanlarova məxsus bağ evlərində psixiatrik kaloniya açılıb. 1936-cı ildə Qala-Maştağada yerləşən psixiatrik kaloniyalarda həkim heyəti olmadığından professor Sergey Zenovyev, sıravi həkimlər Vişnevski, Əsgərov, Kolesnikov həmin kaloniyada yerləşən xəstələrin psixi vəziyyətinə nəzarət etmək üçün ezamiyyət cədvəli tərtib edirlər. Bir il sonra Maştağada yerləşən psixiatrik kaloniyanın daha səmərəli işləməsi üçün xərclər smetasında dəyişiklik olunur və idarəetmə aparatı heyətinin ştat cədvəli təsdiq edilir. Həmin illərdə xəstəxana 200 çarpayı fondu ilə fəaliyyət göstərib.

 

Müharibədən sonrakı dövrdə sənədlər tapılmadığından Maştağa kaloniyasının xəstəxana statusuna keçməsi tarixi dəqiq məlum deyil. Lakin 1950-ci illərin sənədlərində artıq bu müəssisə 3 saylı Psixiatriya Xəstəxanası adlandırılırdı.

 

1950-ci ildə Maştağada 210 çarpayılıq ştat vahidi 98.0 olan 3 nömrəli Respublika Psixiatriya xəstəxanasının yeni ştat cədvəlinin təsdlənib.

 

1951-ci ildə Azərb.SSR Tibb İşçiləri Həmkarlar İttifaqının kollegiya iclasında Maştağa qəsəbəsində yeni, Mərkəzi Respublika Psixiatriya Xəstəxanası tikilməsi haqqında qərar verilir.

1952-ci ildə isə Azərb.SSR SN Maştağada yerləşən 3 nömrəli Psixiatriya Xəstəxanasının tibb personalının 110 çarpayı fondunun isə 250 olunması qərarı verilir.

 

1957-ci ildə Maştağa xəstəxanasının da 150 çarpayı artırılması və yeni binanın tikilməsi üçün Bakı ş. Icraiyyə Komitəsinə tapşırılır. 1961-ci ildə Maştağa xəstəxanasında ilk dəfə “İnfeksion şöbə” açılır.

1967-ci ildə Xəstəxana da Müalicə İstehsalat Əmək Emalatxanaları fəaliyyətə başlayır, yardımçı təsərrüfatı yaradılır.

 

1980-ci ildə Az.SSR SN-nin 187 və 193 №li əmrlərinə əsasən hər biri 140 və 100 çarpayılıq ikimərtəbəli 2 bina istifadəyə verilir.1982-ci ildə isə inzibati bina istifadəyə verilir.

1982-ci ildə Azərb.SSR.Səhiyyə Nazirliyinin 323 nömrəli 1981-ci il tarixli əmri ilə xəstaxana nəzdində Dispanser şöbəsi açılıb.

 

 

Azərb.SSR Səhiyyə Nazirliyi 01/5-79 saylı 1982-ci il tarixli əmrə əsasən vərəm profilli 400 çarpayılıq xəstəxana yaradılır və xəstəxana Azərbaycan SSR SN 3 nömrəli Psixiatriya Xəstəxanası adlandırılır. Eyni zamanda keçmiş 3 nömrəli Psixiatriya Xəstəxanası - 1 nömrəli Psixiatriya Xəstəxanası adlandırılır. Həmin dövr üçün xəstəxana 2265 çarpayıdan ibarət idi.

1984-cü ildə Sovet Psixiatriyasının baniləri və Avstriya, Almaniya, Polşa, Türkiyə, Yuqaslaviya psixiatrlarının birgə ilk dəfə Beynəlxalq Psixiatriya Konfransı 1 saylı Psixiatriya Xəstəxanasında keçirilmişdir. Xəstəxana bir neçə mükafat və diplomlarla təltif olunmuşdur.

 

 

1983-1985-ci illərdə SSR-nin Səhiyyə Nazirliyinin və Tibb İşçilərinin Həmkarlar İttifaqının Mərkəzi Komitəsinin Keçici qırmızı bayrağı ilə təltif olunmuş, bayraq daimi xəstəxanada qalmışdır.Yardımçı təsərrüfat nəaliyyətinə görə Ümumittifaq mərkəzi Həmkarlar ittifaqı diplomuna və “Yüksək mədəniyyət kollektivi” fəxri adına layiq görülmüşdür.

 

Bu illər ərzində xəstəxanaya rəhbərlik edən çox tanınmış şəxslər olub ki, bunlardan Şteyman Abram İsakoviç, Hüseyn Şahmalıyev, Cəfər Məmmədov, Ələkbər Əbdülrza oğlu, Cəfərov Mirmövsüm Cəfərov və. s. adlarının misal çəkmək olar.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

19/12/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013