Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Psixi Sağlamlıq Mərkəzində marifləndirmə tədbiri keçirilmişdir

26.01.2017-ci il tarixində Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzində əhalinin psixi sağlamlığının maarifləndirilməsi mövzusunda tədbir keçirilmişdir. Tədbirdə qeyd edilmişdir ki, Azərbaycanda intihar hallarının azalması müşahidə edilir. Səhiyyə Nazirliyi bu istiqamətdə zəruri maarifləndirmə işləri həyata keçirir. Bununla əlaqədar olaraq, qeyd edilmişdir ki, geniş ictimaiyyətin bu mövzuda maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

 

Bu məqsədlə təşkil edilmiş tədbirdə Psixi Sağlamlıq Mərkəzinin Təcili Psixoloji Yardım Şöbəsinin əməkdaşları, psixiatrlar mətbuat nümayəndələrinə intihar və onun səbəbləri haqqında ətraflı məlumat vermiş, böhran vəziyyətləri mövzusunda təqdimat keçirilmiş, bu hallarda aparılan müdaxilə üsullarını geniş şərh etmişlər.

 

Tədbirdə intihar cəhdləri zamanı ilkin psixoloji yardım üsulları müzakirə edilmişdir. Psixi Sağlamlıq Mərkəzinin əməkdaşları jurnalistlərin mövzu ilə bağlı suallarını cavablandırmışlar.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

26/01/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..