Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Əhaliyə göstərilən tibbi xidmətin daha da yaxşılaşdırılması istiqamətində Səhiyyə Nazirliyinin növbəti addımı

Səhiyyə Nazirliyi daim əhalinin yüksək səviyyəli tibbi xidmətdən yararlanmasını təmin etmək məqsədi ilə zəruri addımlar atır.

Bu tədbirlər çərçivəsində kimsəsiz şəxslərin hospitalizasiyası işini daha da yaxşılaşdırmaq məqsədi ilə səhiyyə naziri tərəfindən müvafiq göstəriş verilmişdir.

 

Qeyd edək ki, keçən il ahıl və kimsəsiz şəxslərin hospitalizasiya işini daha da yaxşılaşdırmaq məqsədi ilə müvafiq qərarlar qəbul edilmişdir.

 

Hazırda, müəyyən yaşayış yeri olmayan kimsəsiz şəxslərə görə təcili yardım xidmətinə çağırış daxil olarkən, xəstə təcili yardım tərəfindən müvafiq müayinələrdən keçirildikdən sonra profil üzrə hospitalizasiya olunur. Diaqnozun dəqiqləşdirliməsi məqsədi ilə əlavə müayinələrə ehtiyac olduğu halda xəstə Bakı şəhərində yerləşən klinki xəstəxanalardan birinə aparılır, müayinələrdən keçirilir, ehtiyac olarsa həmin klinikaya hospitalizasiya edilir.

 

Klinikaya hospitalizasiya ehtiyac olmadığı halda xəstə, növbətçilik prinsipinə uyğun olaraq, 6, 7, 18, 19, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarında birinə çatdırılır. Bu məqsədlə həmin xəstəxanalarda təcrübəli həkimlərdən ibarət növbətçilik təşkil edilir.

Qeyd olunan tibb müəssisələrində müvafiq müalicə kursu keçdikdən və vəziyyəti stabilləşdikdən sonra xəstə, ərazi prinsipi gözlənilməklə, təcili yardım vasitəsilə Bakı şəhərini digər BŞX-larından birinə köçürülür.

 

Bu günlər havaların xüsusilə soyuq keçməsi ilə əlaqədar olaraq, Səhiyyə Nazirliyi tərəfindən tibbi müəssisələrə bu sahədə gündəlik olaraq görülən işin daha da gücləndirilməsi göstərişi verilmişdir. Soyuq hava şəraiti davam etdikcə kimsəsiz şəxslər şəhər xəstəxanalarında saxlanılacaq, zəruri qayğı ilə əhatə olunacaqlar.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

1/02/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..