Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Anadangəlmə ürək qüsurlarının bu günü və gələcəyi” mövzusunda elmi-praktik konfrans keçiriləcək

06.05.2017-ci il tarixində saat 09:30-da Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının (AHHA) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr edilmiş “Anadangəlmə ürək qüsurlarının bu günü və gələcəyi” mövzusunda elmi-praktik konfrans keçiriləcək. Konfrans RMDM-in nəzdində Bakı Ürək Mərkəzinin Konfrans zalında baş tutacaq.

 

Konfransda maraqlı mövzular üzrə təqdimatlar olacaq. “Anadangəlmə ürək qüsurlarında təxirəsalınmaz hallar” mövzusunda Fransadan dəvət olunmuş prof. Tədbirdə “Fallo Tetradasının total korreksiyası əməliyyatı”, “Pediatrik kardiocərrahiyyədə erkən postoperativ ağırlaşmaların exokardioqrafik dəyərləndirilməsi”, “Ürək cərrahiyyəsindən sonra uşaqlarda ürək çatışmazlığının müalicəsi” mövzuları ətrafında təqdimatlar baş tutacaq.

 

Qeyd edək ki, RMDM-in nəzdində Bakı Ürək Mərkəzinin yaradılmasında əsas məqsəd Azərbaycanda ürək xəstəliklərinin profilaktikasında, erkən diaqnostikası və müalicəsində beynəlxalq standartlara uyğun xidmətin, keyfiyyət sisteminin tətbiqinə təkan vermək, həmçinin bu sahədə çalışan peşəkarların dolğun fəaliyyətinə hərtərəfli şərait yaratmaqdır. Ölkəmizə gələn xarici dövlətlərin mütəxəssislərinin də dəfələrlə təsdiqlədikləri kimi, respublikamızdakı səhiyyə ocaqlarının əksəriyyəti təchizat baxımından dünyanın inkişaf etmiş ölkələrindəki tibb müəssisələrindən heç də geri qalmır. RMDM-in nəzdində Bakı Ürək Mərkəzi də bunun növbəti əyani nümunələrindən biridir.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

4/05/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..