Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin rəsmiləri Fəxri Xiyabanı ziyarət ediblər

10 may tarixi müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü günüdür.

 

Bu əlamətdar gündə Azərbaycan xalqının xilaskarı, müasir müstəqil dövlətimizin banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə geniş təbirlər keçirilir, dahi şəxsiyyətin vətən və dövlət qarşısındakı xidmətləri minnətdarlıqla xatırlanır.

 

Hər doğum günündə olduğu kimi, bu gün də Səhiyyə Nazirliyinin rəsmiləri, nazilrliyin kollegiya üzvləri, Elmi-Tədqiqat İnstitutların, səhiyyə müəssisələrinin nümayəndələri ümummilli liderin doğum günü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət edərək görkəmli dövlət xadiminin məzarı üzərinə əklil qoyublar.

 

Dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

10/05/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..