Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Ümummilli lider Heydər Əliyevin ildönümü Mərkəzi Neftçilər Xəstəxanasında qeyd olundu

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü günüdür.

 

Artıq 14-cü ildir ki, qədirbilən Azərbaycan xalqı dahi şəxsiyyətin doğum gününü qeyd edirlər.

 

Bu münasibətlə bir çox tibb müəssisələrində müxtəlif səpkili tədbirlər keçirildi. Belə tədbirlərdən biri də Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında vətəndaşların Check-up müayinələrin təşkili oldu.

 

Səhər saatlarından başlayan müayinələrə ümumilikdə 719 nəfər müraciət edib. Bunlardan 135 nəfər kardioloq, 117 nəfər neropatoloq, 128 terapevt, 78 nəfər oftalmoloq müayinəsindən keçib. Digərləri Mərkəzin endokrinoloq, LOR, uroloq, ginekoloq, revmatoloq, travmotooq-ortoped, infeksionist, allerqoloq və.s həkim müayinəsində olub, yaradılmış tibbi yardımdan yararlaniblar.

 

Müayinələr zamanı 393 nəfər USM, EKQ, EXO, Rentgen, EEQ müayinələrindən keçib. Bir nəfər isə stasionara yerləşdirilib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

10/05/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..