Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Tibb Bacısı günü qeyd edildi

2 nömrəli Bakı Baza Tibb Kollecinin akt zalında Beynəlxalq Tibb bacısı gününə həsr olunmuş tədbir keçirilib.

 

 

Tədbiri kollecin direktoru t.e.n. Dilarə Məmmədəliyeva açaraq bildirdi ki, tibb bacısı insanların sağlamlığının ən böyük dəstəkləyici resurslaırndandır. Bu peşə sahiblərindən böyük məsuliyyət və peşəkarlıq tələb olunur.

 

 

Vurğulandı ki, Tibb bacıları gününün beynəlxalq səviyyədə qeyd olunması təklifi ilk dəfə 1953 –ci ildə səslənsə də, onun ilk təmtəraqlı qeyd olunması 1965-ci ilə təsadüf edir. 1974-cü ildən etibarən həmin günün 12 may tarixində, Mərhəmət bacılarının yaradılmasının əsasını qoymuş Florens Naytinqelin doğum günü tarixində qeyd edilməsi ÜST tərəfindən təsdiqlənib. Elə həmin ildən etibarən hər il 12 may tarixi bu ixtisas sahiblərinə həsr edilib.

 

 

Daha sonra tədbirdə iştirak edən Qızıl Aypara cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq proqramı”nın koordinatoru Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşmə institutunun Pediatriya kafedrasının dosenti M. Qaraxanova iştirak edərək. “Tibb bacısının ixtisasının yaranması, təşkili və inkişafı” mövzusunda mühazirə ilə çıxış etdi.

 

Sonda mövzu ilə əlaqədar sənədli film nümayiş edildi.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

15/05/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..