Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Retinoloqlarının II Konfransı keçirilib

12.05.2017-ci il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Azərbaycan Retinoloqlarının II Konfransı keçirilib. Konfrans çərçivəsində müxtəlif mövzular üzrə təqdimatlar və müzakirələr olub.

 

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) VitreoRetinal Göz cərrahı, t.ü.e.d. Dr. Tural Qəlbinur “Reqmatogen torlu qişa qopmalarında pars plana vitrektomiya və kombinə skleral plomblama və pars plana vitrektomiya texnikasının müqayisəli öyrənilməsi” mövzusunda, “Vitreoretinal cərrahiyyədə mürəkkəb və qeyri-standart hallar” üzrə videosessiyada məruzəçi, “Diabetik makula ödemi” üzrə dəyirmi stolda diskussiya iştirakçısı, “Tibbi praktikadan maraqlı kliniki nümunələr” sessiyasında moderator olaraq iştirak edib.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

17/05/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..