Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Rostropoviç-Vişnevskaya Fondunun prezidenti mətbuat nümayəndələri ilə görüşdü

Dünya şöhrətli musiqiçi və insan hüquqlarının qoruyucusu Mstislav Leopold oğlu Rostropoviç və Qalina Vişnevskayanın qızı, baş qərargahı ABŞ-nın Vaşinqton şəhərində yerləşən Rostropoviç-Vişnevskaya Fondunun prezidenti Yelena Rostropoviç fond tərəfindən həyata keçirilən yeni doğulmuşlar arasında ürək qüsurunun erkən diaqnostikası və kəskin anadangəlmə ürək çatışmazlığı xəstəliyinin müalicəsi proqramının tətbiqi ilə tanış olmaq məqsədilə Bakıda səfərdədir. Qeyd olunan proqram yenidoğulmuşlar arasında həyata keçirilən standart prosedur olaraq ABŞ daxil olmaqla bir çox qərbi avropa ölkələrində həyata keçirilir və bu proqram 2003-cü ildən Azərbaycanda uşaq sağlamlığının qorunması istiqamətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Rostropoviç arasında mövcud əməkdaşlığın uğurlu davamıdır.

 

Bu məqsədlə Səhiyyə Nazirliyndə təşkil olunan brifinqdə cıxış edən Elena Ratropovic bu görüşdən məmnunluğunu bildirdi.

 

Bildirildi ki, fond Səhiyyə Nazirliyi ilə birgə Azərbaycanda uşaqların sağlamlığının qorunması üçün birgə fəaliyyətini davam etdirir: «Bu il biz atamın anadan olmasının 90 illiyi və valideynlərim tərəfindən uşaqların sağlamlığı və gələcəyi naminə təsis olunmuş humanitar fondun 25 illiyini qeyd edirik. Azərbaycan hər zaman valideynlərimin ürəyində yaşayırdı, bu səbəbdən mən xüsusi ilə xoşbəxtəm ki, valideynlərim üçün çox dəyərli olan ölkədə Fond uşaqların sağlamlığının qorunması işində iştirak edir».

 

Fond 2003-cü ildən Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində minlərlə uşağı əhatə edən uzunmüddətli layihələr həyata keçirir. Fond uşaqların sağlamlığının qorunması üçün vacib olan qızılca, parotit və məxmərəyə qarşı peyvəndin milli peyvənd təqviminə daxil ediməsi, anadan uşağa vertikal yoluxmanın qarşısının alınması üçün hamilə qadınlar arasında İİV/QİÇS-ə qarşı müayinə və eyni zamanda uşaqlar arasında anemiya və fiziki inkişafın zəifləməsisnin qarşısını almaq məqsədilə helmintlərə qarşı mübarizə proqramları kimi layihələrə ümumilikdə 10 milyon ABŞ dolarından çox vəasit ianə etmişdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

14/06/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..