Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

RMDM-də böyrək transplantasiyası uğurla həyata keçirilib

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) yeni açılan "Böyrək Xəstəlikləri və Transplantasiya" Mərkəzində böyrək transplantasiyası uğurla həyata keçirilib. Xroniki böyrək xəstəliyindən əziyyət çəkən vətəndaşa qardaşının böyrəyi köçürülüb. Mərkəzin müdiri, cərrah-uroloq, t.ü.f.d. Rəşad Şolan və transplant-nefroloq Orxan Quliyev bu barədə məlumat verib: "Mərkəzimizdə böyrək köçürülməsi üçün lazım olan şərait və avadanlıqlar dünya standartlarına uyğundur. Böyrək transplantasiyasına namizəd olan xəstə və donor çox ciddi bir şəkildə araşdırılır. Xüsusən də immunoloji testlər və digər müayinələrdən keçəndən sonra xəstə xüsusi yaradılmış konsiliumda müzakirəyə çıxarılır. Bütün əlaqədar mütəxəssislərin müsbət rəyindən sonra xəstəyə böyrək köçürülür."

 

Qeyd edək ki, aprel ayında yaradılan "Böyrək Xəstəlikləri və Transplantasiya" Mərkəzində urologiyanın və nefrologiyanın bütün sahələri üzrə xidmət göstərilir.

 

  

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

19/06/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..