Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Nadir genetik xəstəliyi olan pasiyent uğurla əməliyyat olunub

 

Respublika Müalicəvi Diaqnostika Mərkəzinə mütəxəssisləri bir necə uğurlu əməliyyata imza atıblar. Əməliyyatlardan biri RMDM-ə müraciət edən 23 yaşlı pasiyent üzərində olub. Xəstənin hər iki gözündə torlu qişanın qopması aşkarlanıb. Tanınmış Vitreo Retinal göz cərrahı, tibb üzrə elmlər doktoru T. Qəlbinur tərəfindən pasiyent əməliyyata alınaraq onun göməsi bərpa edilib.

 

“Von Hippel-Lindau sindromu” nadir görülən genetik xəstəlikdir. Adətən, 20 yaşdan sonra özünü büruzə verir. Torlu qişa, beyincik, onurğa beyni, böyrəküstü vəzdə hemangioblastomalar inkişaf edir. Torlu qişaya və mərkəzi sinir sisteminə qansızmalar və artmış təzyiq əlamətləri aşkarlanır.

 

Növbəti əməliyyat RMDM-in neyrocərrahı A.Əkbərov tərəfindən aparılıb. Əməliyyat şiddətli boyun ağrıları səbəbi ilə çəkilən MRT-də onurğa beynin önündə yer almış və ciddi ödemə səbəb olan törəmə (hemangioblastoma) aşkarlanmış xəstə üzərində icra olunub.

 

Hemangioblastomanın onurğa beyninin önündə yer alması olduqca nadirdir (1-2%) və əməliyyatı olduqca çətin və risklidir. Dünya ədəbiyyatında çox az sayda bu cür əməliyyat yayınlanıb. Pasiyentə dördüncü və beşinci boyun fəqərələrinin xaric edilməsi, törəmənin mikroskopik çıxarılması, expandable cage və plak vida sistemi ilə rekonstruksiya əməliyyatı icra edilib. Əməliyyatdan sonra heç bir nevrolojik qüsur izlənilməyib və 5 gün sonra yeriyərək evinə yazılıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

7/07/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..