Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İSİM-də “Qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında KİV-lərin rolu” mövzusunda seminar keçirildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında KİV-lərin rolu”na həsr olunmuş seminar keçirilib.

Seminarı giriş sözü ilə İSİM-in direktoru C.Məmmədov açıb. O, İSİM-in fəaliyyətində medianın dəstəyinin rolundan və onun əhəmiyyətindən danışıb.

 

İSİM rəhbəri seminarın “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planına və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı üzrə Fəaliyyət planının müvafiq bəndlərinə əsasən təşkil edildiyini bildirdi.

 

Akademik Ə. Namazova “Qeyri-infeksion xəstəliklərin profilaktikasının uşaqlıq dövründə aparılmasının zəruriyyəti”nən, ATU-nun kommunal və qidalanma gigiyenası kafedrasının professoru M.Qasımov qeyri-infeksion xəstəliklərlə mübarizədə gənc nəslin bilik və bacarıqlarının artırılmasının vaciblliyindən danışıblar.

 

İnteraktiv formada davam edən seminarda “Dünyada və Azərbaycanda qeyri-infeksion xəstəliklərin yükü”, “Qeyri-infeksion xəstəliklərlərin profillaktikasında tütün problemi və bununla mübarizədə prioritet istiqamətlər” və.s mözvzular haqda məlumat verildi.

 

Tədbirin sonunda media nümayəndələrinə M.Qasımovun “Sağlam həyat tərzi uğrunda”, “Artıq bədən çəkisi və piylənmə ilə yanaşı gedən xəstəliklərdə pəhriz” adlı kitabları paylanılıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

7/07/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..