Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

RMDM-ə Azərbaycan Cərrahlar Birliyinin aylıq elmi toplantısı keçiriləcək

22 dekabr 2017-ci il tarixdə saat 16:00-da Azərbaycan Cərrahlar Birliyinin təşəbbüsü ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) cərrahların növbəti aylıq elmi toplantısı keçiriləcək.

 

 

Tədbirdə Xolesistektomiya zamanı öd yolları zədələnmələrinə yanaşma və Qasıq yırtıqlarının laparoskopik əməliyyat üsulları ilə bağlı məruzələr dinləniləcək, iştirakçı cərrah-rezidentlərə “Schwartz's principles of surgery” kitabı hədiyyə ediləcək.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

14/12/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..