Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Kliniki Tibbi Mərkəzdə tədbir keçirilib

15.12.2017-ci il tarixində Kliniki Tibbi Mərkəzdə Toksikoloji Şöbənin fəaliyyətinin yekunlarına həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə qeyd edilmişdir ki, Səhiyyə Nazirliyinin bütün müəssisələri kimi Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzi müraciət edən xəstələrə daim zəruri tibbi xidmət göstərir.

 

Tədbirdə qeyd edildi ki, dövlət qurumları, o cümlədən, Səhiyyə Nazirli tərəfindən aparılan maarifləndirmə işi nəticəsində ölkədə 2017-ci ildə keçən il ilə müqayisədə dəm qazından zəhərlənmə halları azalıb. 2016-cı ildə Toksikoloji Şöbəyə 455 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə qəbul edilib. 2017-ci ildə bu göstərici 207 nəfər təşkil edib. Daxil olan xəstələrə zəruri tibbi yardım göstərilib.

 

Qeyd edildi ki, bu ilin bitmiş dövrü ərzində Kliniki Tibbi Mərkəzə dərmanlardan zəhərlənmə ilə bağlı müraciətlərin sayı keçən ilin göstəricisi ilə müqayisədə azalmışdır. Bu ilin bitmiş dövrü ərzində 1100 xəstə müraciət edib və onlardan 602 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinin stasionarına qəbul edilib. Halbuki keçən il ərzində dərmanlardan zəhərlənmə ilə bağlı mərkəzə 1400 müraciət daxil olub və onlardan 1062 nəfər şöbəyə qəbul olunub. Bildirilib ki, dərmanlardan zəhərlənmə halları dərman preparatlarının keyfiyyətsizliyi ilə bağlı deyil. Bu hallar həkim məsləhəti olmadan, təyinatsız dərman preparatları qəbul edərkən baş verə bilir.

 

Tədbirdə, həmçinin, qeyd edildi ki, bu il qaraqurd sancmasından 5 nəfər ölüb”. APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov deyib. Onun sözlərinə görə, ötən illə müqayisədə 2017-ci ildə qaraqurd sancmasından ölüm halları azalıb. Baş toksikoloq bildirib ki, bu il sirkə turşusundan 237 nəfər zəhərlənib: “Sirkə turşusundan zəhərlənənlərdən 1 nəfəri ölüb. Ötən illə müqayisədə sirkə turşusundan ölənlərin sayında azalma var”. A. Maqsudov qeyd edib ki, ilan sancmalarının sayı artıb: “Bu il 104 nəfər ilan sancması ilə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib. Müraciət edənlər arasında ölüm halı qeydə alınmayıb”. Baş toksikoloq onu da qeyd edib ki, il ərzində 89 nəfər spirtli içkidən zəhərlənib: “Ötən illə müqayisədə bu il spirtli içkidən zəhərlənənlərin sayı daha çox olub. Spirtli içkilərdən zəhərlənənlər arasında ölüm halı qeydə alınmayıb”.

 

Həmçinin, tədbir zamanı qeyd edildi ki, bu ilin bitmiş dövrü ərzində sirkə turşusundan 237 nəfər, spirtli içkidən isə 89 nəfər zəhərlənib, 104 nəfər ilan sancması ilə şöbəyə müraciət edib.

 

Şöbəyə müraciət edən hər bir xəstəyə zəruri tibbi yardım göstərilib.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

15/12/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..