Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İSİM hərbi hissələrdə maarifləndirici görüşlər keçirdi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) hərbi xidmətdə olan gənclərin mənəvi-psixoloji durumunun yüksəldilməsi və onların asudə vaxtının səmərəli təşkilinə kömək məqsədi ilə 21-25 dekabr 2017-ci tarixlərdə hərbi hissələrdə maarifləndirici görüşlər keçirdi. Görüşlər Səhiyyə Nazirliyinin 23.10.2017-ci il tarixli 72 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramının həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı”nın 1(5.1.8)-ci bəndinə əsasən təşkil olunmuşdu.

 

Müdafiə Nazirliyinin Bərdə və digər ətraf rayonların ərazilərində yerləşən hərbi hissələrində zabit, gizir, çavuş və əsgərlər, eləcə də tibbi xidmət əməkdaşları arasında təbliğat xarakterli beş görüş keçirildi. Görüşlərin əsas məqsədi gənclər arasında narkomaniyanın, alkoqolizmin, tütünçəkmənin və digər sosial neqativ halların profilaktikası, eləcə də öz sağlamlığına qarşı məsuliyyət hissinin gücləndirilməsi idi. İSİM-in mütəxəssisləri Səbuhi Abdullayev və Tofiq Musayev hərbi hissələrdə çıxış edərək, iştirakçılara bu mövzularla bağlı ətraflı məlumat verdilər.

 

Hərbi xidmətdə olan gənclərlə interaktiv şəraitdə keçən görüşlərdə sağlam həyat tərzi ilə bağlı faydalı tövsiyələr diqqətə çatdırıldı, İSİM tərəfindən hazırlanmış müxtəlif maarifləndirici materiallar paylanıldı.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

27/12/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..