Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Respublika Endokrinologiya Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verilib

Dövlət başçısının rəhbərliyi ilə ölkədə səhiyyə müəssisələri yenidən qurulur, mərkəz və regionlarda yeni tibb oçaqları əhalinin istifadəsinə verilir.

 

Hazırda Azərbaycanda səhiyyənin inkişafına dövlət qayğısı, tibb işçilərinin rifahının yaxşılaşdırılması, dünya standartlarına cavab verən yeni, müasir tibb müəssisələrinin yaradılması prioritet məsələlərdir.

 

Bu sahədə həyata keçirilən tədbirlər çərçivəsində 10.01.2017-ci il tarixində Respublika Endokrinologiya Mərkəzinin əsaslı təmirdən sonra açılışı olub. Açılış mərasimində səhiyyə naziri Oqtay Şirəliyev də iştirak edib. Səhiyyə nazirinə məlumat verilib ki, müəssisə müasir avadanlıqlarla təchiz edilib. Müəssisədə əhaliyə xidmət üçün hər cür şərait yaradılıb və təbii ki, bunlar xəstələrin əhvalına və sağlamlığına müsbət təsir göstərəcək.

 

Ölkəmizdə hazırda endokrinologiya sahəsində əsas tədbirlər şəkərli diabet ilə mübarizə sahəsində atılır. Şəkərli diabetin olması fəsadların yaranması, həyat keyfiyyətinin aşağı düşməsi deməkdir. Hazırda Mərkəzin əsas məqsədi xəstəliyin yaranmasının qarşısını almaqdır. Bütün dünyada ikinci növ diabetdən əziyyət çəkənlər ümumi xəstələrin 90% təşkil edir. İkinci növ diabet anidən yaranmır və bu orqanizmdə təxminən on il davam edən hansısa prosesin fəsadı olaraq meydana çıxır. Bu səbəbdən də erkən diaqnostika vacibdir. Belə ki, diabetin olması demək olar ki, bütün orqanlarda fəsadların yaranmasdı ilə müşayiət olunur.

 

Hazırda respublikamızda diabetli xəstələri dövlət tərəfindən dərmanlarla tam təmin olunurlar. Ölkəmizdə istifadə olunan insulinlər gen mühəndisliyi yolu ilə əldə edilmiş, bioloji insan insulininə tam uyğun preparatlardır.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

11/01/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..