Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası humanitar aksiya keçirir

Dövlət başçısının səhiyyə sahəsində reallaşdırdığı layihələrin tərkib hissəsi olaraq Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi müxtəlif humanitar aksiyalar həyata keçirir. Mərkəz mütamadi olaraq respublikanın müxtəlif regionlarında pasientlərə səyyar xidmət göstərir. Bu dəfə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar klinikası Azərbaycan Milli Elmlər Akademiyasında aksiya keçirir. Məqsəd pasientlərin səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və yerindəcə həll etməkdir.

 

İndiyə qədər aksiya çərçivəsində 220 nəfər müayinə edilmişdir. 

 

Qeyd edək ki, 2005-ci ildən 2018-ci il ərzində Səyyar klinika respublikanın 92 rayon və şəhərlərinə 130 dəfə aksiya keçirib. Ölkə başçısının əsas diqqət yetirdiyi sahələrdən biri də səhiyyədir. Artıq Azərbaycan səhiyyədə, xüsusilə də oftalmologiya sahəsində bir çox yeniliklərə imza atıb. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisasartırma kursu keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur.  

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

12/01/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..