Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ATU mütəxəssisləri Naxçıvanda keçirilən tədbirdə çıxış ediblər

 

Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Səhiyyənin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda ATU-nun mütəxəssisləri iştirak edib.

 

 

Konfransda ATU-nun psixiatriya kafedrasının, I Uşaq Xəstəlikləri kafedrasının və Uşaq psixi sağlamlıq və inkişaf mərkəzinin mütəxəssisislərinin məruzələrlə çıxışları olub.

 

“Uşaqlarda inkişaf psixopatologiyaları” , “Peyvəndlər: müasir yanaşma” mövzusunda cışışlar edilib. Bildirilib ki, hesablamalara görə, vaksinasiya hər il 3 milyon uşaq ölümünün, 750 min uşağın əlil olmasının qarşısını alır. Qızılca, məxmərək, vərəm kimi bir çox infeksion xəstəliklərin qarşısını almaq üçün uşaqlara peyvəndlərin vurulması vacibdir.

 

 

Tədbirdə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva çıxış edərək muxtar respublikada səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması, ixtisaslı kadrların hazırlanması istiqamətində görülən tədbirlər haqqında məlumat verib.

 

Qeyd olunub ki, sosial-iqtisadi islahatların səmərəliliyinin yüksəldilməsi, müalicə-profilaktika işinin təşkili sahəsində görülən işlər tibbi xidmətin yaxşılaşdırılmasına müsbət təsir göstərir. Uşaqların psixi sağlamlığı və inkişafı da daim diqqət mərkəzindədir.

 

Bundan əlavə toplantıda “Yenidoğulmuşlarda sarılıqlar”, “Uşaq cərrahiyyəsində aktual problemlərə yanaşma”, “Autizm-nevroloq gözü ilə” və digər mövzularda məruzələr dinlənilib. müzakirələr aparılıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

5/02/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..