Səhiyyə naziri Oqtay Şirəliyev Bərdədə vətəndaşları qəbul etmişdir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri Oqtay Şirəliyev Bərdədə vətəndaşları qəbul etmişdir

Ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq bölgələrdə vətəndaşların qəbulu qurum rəhbərləri tərəfindən davam etdirilir. Şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq 09.02.2018-ci il tarixində Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev Bərdə Diaqnostika Mərkəzində vətəndaşları qəbul etmişdir.

 

Qəbula iştirak edən 13 nəfər Bərdə, Ağdam, Ağcabədi və Tərtər rayon sakinlərinin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinlənilib.

 

Qəbul zamanı qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, onların bəziləri yerindəcə həllini tapmışdır.

 

Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

9/02/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..