Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

"Ümumdünya Böyrək günü" ilə əlaqədar tədbir keçiriləcək

Hər il mart ayının ikinci həftəsində bütün dünyada "Ümumdünya Böyrək günü" qeyd olunur.

 

Bu münasibətlə hər il oldugu kimi 9 mart 2018-ci il tarixində saat 15.00-da Azərbaycan Tibb Universitetinin Tədris- Terapevtik Klinikasında "Ümumdünya Böyrək gününə" həsr olunmuş elmi-praktik konfrans keciriləcəkdir.

 

Bu il keçiriləcək konfransın mövzusu "Sağlam böyrək-sağlam qadın" problemlərinə həsr olunmuşdur.

 

Konfrans Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və "Nefrologiyanın inkişafına yardım" İctimai Birliyinin dəstəyi ilə təşkil olunur. 

 

Tədbir aparıcı mütəxəssislərin çıxışları və məruzələr dinləniləcək. 

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

 

7/03/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..