Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Oftalmoloji müayinələr aparılır

Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının mütəxəssisləri Bakı Dövlət Universitetində oftalmoloji aksiya keçirib. 

 

Səhər saatlarında başlanılan müayinələr zamanı universitetdə müəllim, tələbə və əməkdaş ən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş Səyyar Klinikada müayinə ediliblər. Müayinə tədbiri axşam saatlarınadək davam edib. 

 

 

Qeyd edək ki, 2005-ci ildən 2018-ci ilin əvvəlinədək Səyyar klinika respublikanın 92 rayon və şəhərlərinə 130 dəfə aksiya keçirib. Ölkə başçısının əsas diqqət yetirdiyi sahələrdən biri də səhiyyədir. Artıq Azərbaycan səhiyyədə, xüsusilə də oftalmologiya sahəsində bir çox yeniliklərə imza atıb. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisasartırma kursu keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

14/03/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..