Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ATU-da Amerika Ürək Assosiasiyasının proqramı əsasında təlim kurslarına başlanılıb

Azərbaycan Tibb Universitetinin (ATU) II müalicə-profilaktika fakültəsində Amerika Ürək Assosiasiyasının proqramı əsasında təlim kursuna start verilib. Təlim fakültənin IV kurs, 260-cı qrup tələbəsi Oktay Hüseynovun təşəbbüsü ilə həyata keçirilir. Kurslarda tələbələrə infarkt, insult, taxikardiya, bradikardiya, ürəyin blokadası zamanı ilk yardım göstərilməsi tədris olunur.

 

Sözügedən kursda İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin tələbələri də iştirak edib. Təlimdən sonra keçirilən imtahanda 21 tələbə iştirak edib. Onlardan 10 tələbə imtahanı müvəffəqiyyətlə keçib və universitet tərəfindən sertifikartla mükafatlandırılıb.

 

Qeyd edək ki, O.Hüseynov həmçinin Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılan “Brain Mania” klubunun rəhbəridir. “Brain Mania” müzakirə klubunun yaradılması təşəbbüsü universitet rəhbərliyi tərəfindən dəstəklənib. Klub rus və Azərbaycan sektorlarında oxuyan tələbələri öz ətrafında birləşdirir. Burada tələbələr fərqli mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparacaqlar.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

5/04/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..