Avropa Diş Əti Sağlamlığı Gününə həsr olunmuş seminar keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Avropa Diş Əti Sağlamlığı Gününə həsr olunmuş seminar keçirilib

Mayın 12-də ölkəmizdə Beynəlxalq Diş Əti Sağlamlığı Günü qeyd olunacaq. Avropa Parodontologiya Federasiyasının və Azərbaycan Parodontologiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Sağlam həyat sağlam diş əti ilə başlayır” şüarı altında keçiriləcək beynəlxalq maarifləndirmə günündə mətbuat konfransı və seminarlar təşkil olunacaq, ödənişsiz parodontoloji müayinələr aparılacaq, təbliğat xarakterli buklet və plakatlar paylanılacaq, maarifləndirmə tədbirləri təşkil ediləcək.

 

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Beynəlxalq Diş Əti Sağlamlığı Gününə həsr olunmuş seminarda bu günün əhəmiyyətindən danışılıb.

 

Təkmilləşdirmə kursuna cəlb olunan həkim-stomatoloqların iştirak etdiyi seminar institutun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrası tərəfindən təşkil olunub.

 

Seminarda kafedranın professoru, tibb elmləri doktoru Mahir Əliyev, kafedranın dosenti, tibb üzrə fəlsəfə doktoru Rəhim Qarayev və Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli maarifləndirmə günü haqqında ətraflı məlumat verıblər. “Diş əti xəstəliklərinin erkən diaqnostikası və müasir müalicə-profilaktika protokolları mövzularında məruzələr dinlənilib.

 

Müxtəlif mövzularda həkimlərlə interaktiv müzakirələr aparılıb və onları maraqlandıran suallara ətraflı cavab verilib.

 

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

10/05/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..