Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri Oqtay Şirəliyev Sabirabad Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul edəcək

 

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 11 may 2018-ci il tarixində saat 11:00-da Sabirabad Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

 

 

 

Nazir, Sabirabad, Saatlı, Şirvan və Hacıqabul rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

 

 

 

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

 

 

 

Qəbula yazılmaq istəyən vətəndaşlar Sabirabad Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

 

 

 

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

10/05/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..