Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İlk dəfə TransAnal Minimal İnvaziv əməliyyat icra olunub

Azərbaycanda ilk dəfə Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) TransAnal Minimal İnvaziv əməliyyat (təbii dəliklərdən endoskopik əməliyyat) həyata keçirilib.

 

Əməliyyatı icra edən RMDM-in ümumi cərrahı, uzman İlqar İsmayılov 67 yaşlı xəstədə düz bağırsağın Maliqnizasiyaya uğramış 6 sm ölçüdə polipi aşkar olunduğunu bildirib. MRT və EndoUSM müayinələri ilə bu törəmənin əzələ qatına sirayət etmədiyi təsdiqləndikdən sonra TAMİS üsuluna uyğun olduğu qərarına verilib.

 

TransAnal Minimal İnvaziv əməliyyat uğurla icra edilib və xəstə daha geniş və riskli Düz Bağırsaq Rezeksiyası əməliyyatına məruz qalmadan və kolostoma çıxarılmadan bir gün sonra evə yazılıb.

 

Minimal invaziv cərrahiyyənin gəldiyi ən son inkişaf nöqtələrindən biri olan TAMİS (TansAnal Minimal İnvaziv Surgery) üsulu özəl endoskopik alətlərin istifadəsi ilə düz bağırsaq kütlələri və böyük ölçülü poliplərin transanal yolla əməliyyat olunmasına imkan verir.

 

TransAnal Minimal İnvaziv cərrahiyyə üsulunun düz bağırsaq əməliyyatlarında daha geniş tətbiq olunma perspektivi var və bu istiqamətdə RMDM-də araşdırmalar davam etdirilir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

15/05/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..