Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Milli Oftalmologiya Mərkəzi Hava Limanında aksiya keçirib

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Heydər Əliyev Beynəlxalq Hava Limanının işçilərinə tibbi xidmət göstərib. Səyyar aksiyanın məqsədi pasiyentləri operativ şəkildə müayinə-müalicə, ehtiyac olduğu halda isə cərrahi əməliyyat etməkdir.

 

Aksiya zamanı nisbətən çətin icra olunan cərrahi əməliyyatlara ehtiyacı olan xəstələr akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə göndəriliblər. Müayinələr zamanı göz xəstəlikləri ilə bağlı monitorinqlər və ümumi konsiliumlar təşkil edilib.

 

Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası 2005-ci ildən mütəmadi olaraq bölgələrdə vətəndaşlara xidmət göstərir. Bu günə qədər yerlərdə 3 mindən çox cərrahi əməliyyat və 30 minə yaxın müayinə və müalicə aparılıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

29/05/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..