Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Retinoloqların III konfransı keçirilib

 

1 iyun 2018-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adna Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə Azərbaycan Retinoloqlarının III konfransı keçirilib.

 

Vitreoretinal cərrahiyədə baş verən yenilikləri araşdırmaq məqsədilə keçirilən konfransda mərkəzin həkim heyəti ilə yanaşı xarici həkimlər də iştirak edib. Konfransda “Vitreoretinal cərrahiyyədə yeniliklər”, “Vitreoretinal cərrahiyyədən sonra yaranan ikincili qlaukoma”, “Arxa seqmentin travmaları” və s. mövzular ətrafında müzakirələr aparılıb.

 

Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində inkişaf edən Azərbaycan səhiyyəsində oftalmologiya sahəsində də bir çox yeniliklərə imza atılıb. Ölkəyə dəvət edilən peşəkar oftalmoloqlarla aparılan təcrübə mübadiləsinin, regionlarda keçirlən konfransların əsas hədəfi oftalmologiyanın beynəlxalq standartlara çatdırılmasına nail olmaqdır. Bu məqsdələ Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialı və digər müəssisələr ən son texnoloji avadanlıqlarla təchiz olunub.

 

Bu gün ölkədə təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə müalicəsi ilə yanaşı ən çətin əməliyyatları gerçəkləşdirir.

 

Səhiyyə Nazirliynin Mətbuat Xidmətinin Məlumatı

1/06/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..