Zaqatala rayonu ərazisində baş verən 6 bal gücündə zəlzələdə insan tələfatı qeydə alınmayıb

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Zaqatala rayonu ərazisində baş verən 6 bal gücündə zəlzələdə insan tələfatı qeydə alınmayıb

 

İyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində baş verən 6 bal gücündə zəlzələdə insan tələfatı qeydə alınmayıb.

 

Səhiyyə Nazirliyi bildirir ki, zəlzələdən sonra insanlar arasında yaranan stress və isteriya səbəbindən Qax və Zaqatala Mərkəzi Rayon Xəstəxanalarının (MRX) Təcili Yardım Şöbələrinə ümumilikdə 31 müraciət daxil olub.

 

Zaqatala rayonu Göyəm kənd sakini 63 yaşlı Soltan Qandaxov isə zəlzələdən həyəcanlnaraq stress keçirib. Qan təzyiqi yüksələn Soltan Qandaxov insult keçirərək vəfat edib. Qeyd edək ki, Soltan Qandaxov əvvəllər də Zaqatala rayon kardioloji dispanser qeydiyyatında olub.

 

Qax şəhər sakini 13 yaşlı Gülər Durmuşzadə isə zəlzələ anında qaçmaq istəyərkən yıxılıb və ayağı burxulub. Qax MRX-a yerləşdirilən Gülər Durmuşzadəyə lazımi tibbi yardım göstərilib.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin Məlumatı

6/06/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..