İİV/QİÇS ilə bağlı maarifləndirici görüş keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İİV/QİÇS ilə bağlı maarifləndirici görüş keçirilib

 

2018-ci il iyunun 7-də “Xoşbəxtliyiniz yarım qalmasın” layihəsi çərçivəsində “ASAN xidmət” mərkəzlərinin könüllüləri üçün İİV/QİÇS ilə bağlı növbəti maarifləndirici görüş keçirilib.

 

Görüşdə bu xəstəliyin yaranma səbəbləri, əlamətləri, onunla mübarizə yolları mövzusunda təqdimatlar edilib.

 

Qeyd edək ki, “Xoşbəxtliyiniz yarım qalmasın” layihəsi “ASAN xidmət”, Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilir.

 

Gənclərin cinsi və digər yol ilə keçən infeksion, həmçinin qan xəstəlikləri barədə məlumatlandırılması məqsədi ilə layihə çərçivəsində ixtisaslaşmış həkim-mütəxəssislər tərəfindən maarifləndirici görüşlər, təlimlər təşkil olunur.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

11/06/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..