Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Sağlamlığın gücləndirilməsi, risklərin kommunikasiyası üzrə Almatıda keçirilən seminarda Azərbaycanda iştirak edib

4-8 iyul 2011-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üçün sağlamlıq məsələlərində maarifləndirmə potensialının möhkəmləndirməsi, sağlamlığın gücləndirilməsi və risklərin kommunikasiyasına həsr olunmuş seminar təşkil olunmuşdur.

 

Seminar Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi və  Sağlam Həyat Tərzinin Formalaşması, Problemlərin Milli əməkdaşlığı mərkəzi tərəfindən təşkil olunmuşdur. Dünyanın 19 dan çox ölkəsinin Səhiyyə Nazirliklərinin nümayəndəsinin, həmçinin,  İctimai Səhiyyə Təşkilatlarının və Sağlam Həyat Tərzin təbliğatı üzrə İnstitutlarının, ÜST, UNİCEF nümayəndə heyətlərinin qatıldığı tədbirdə Azərbaycanı Səhiyyə Nazirliyinin Mətbuat Xidmətin rəhbəri Anar Qədirli, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları eləcə də UNİCEF-in Azərbaycan üzrə ölkə bürosunun nümayəndələri təmsil ediblər.

 

Seminarın təşkilində əsas məqsəd seçilmiş pilot ölkələrdə sağlamlığın gücləndirilməsini eləcə də ictimai səhiyyənin təkmilləşdirilməsi məqsədi ilə sağlamlıq məsələlərinə dair maarifləndirmə imkanlarının genişləndirməsini təmin etmək idi. 

 

İştirakçı ölkələrin topladıqları təcrübənin nəzərdən keçirilməsi və onun təhlili, eləcə də davamlı və effektiv sağlamlığın gücləndirilməsinə mane olan səhiyyə sistemində əsas boşluqları müəyyənləşdirməsi, sağlamlığın gücləndirilməsi sisteminin yaradılması və təbliğatı üzrə milli fəaliyyət planlarının layihəsinin hazırlanması seminarın əsas vəzifələrinə daxil edilmişdir.


Seminarın ilk günün məqsədi gözlənilən nəticələri müəyyənləşdirmək və sağlamlığın effektiv gücləndirilməsi sistemində əsas boşluqları müəyyən etmək idi. Təntənəli açılışı Qazaxıstanın səhiyyə nazirinin müavini Erik Bayjunusov və UNİCEF-in Qasaxstandakı nümayəndəliyinin direktor müavini Radoslav Jekax ediblər.

 

Seminar ərzində sağlam həyat tərzin irəliləyişi üçün ölkə təcrübələrinin təqdimatları, sağlamlığın gücləndirilməsi üçün strategiyaların müəyyənləşdirilməsi mövzusunda müzakirələr, “Sağlamlığın gücləndirilməsi proqramının nəzəri prinsipləri – sağlamlığın gücləndirilməsi proqramın 5 sahənin gözdən keçirilməsi,: fərdlərin, cəmiyyətin imkanlarının və səhiyyə sistemin gücləndirilməsi, sektorlararası əməkdaşlıq, sağlamlıq gücləndirilməsi üçün potensialın artırılması” , “Vaksinlənmə kampaniyaları, immunizasiyanın yan təsirləri və böhran vəziyyətində kommunikasiya” , “2008-ci ildə qızılca və məxmərək üçün profilaktikasının vaksinasiya nəticələri”, “2010-cu ildə poliomielitin sürətlə yayılması”, “2010-cu ildə H1N1 qripin sürətlə yayılması,  “Fövqəladə hadisələri əks etdirən hadisələr haqqında məlumatlandırmanın əsas komponentləri” və bu kimi bir sıra mövzular ətrafında maraqlı təqdimat və  çıxışlar olmuşdur.

 

Seminarın sonunda  iştirakçı ölkələrin nümayəndələri Milli Strategiya və planın hazırlanması və təsdiq edilməsi üçün hansı beynəlxalq tərəfdaşlardan, o cümlədən UNİCEF-dən hansı texniki və digər dəstəyə ehtiyac gördüklərini müəyyənləşdirdilər. Məqsədlərə vaxtında nail olunması üçün ölkələrdə regional idarələr və UNİCEF-in bürolarının dəstəyi nəzərdə tutulub.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

8/07/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013