Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri Oqtay Şirəliyev Şəkidə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev 30 avqust 2013-cü il tarixində saat 14:00-da Şəki Rayon Mərkəzi Xəstəxanasının Yeni korpusunda vətəndaşlar üçün qəbul keçirəcək. Nazir qəbulda Şəki, habelə ətraf rayonlardan olan Balakən, Zaqatala, Oğuz, Qax  və Qəbələ  rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.  Qəbula yazılmaq istəyən vətəndaşlar Şəki Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

28/08/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013