Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Respublika Diaqnostika Mərkəzinin mütəxəssisləri səyyar müayinələr keçirirlər

Bu gün Respublika Diaqnostika Mərkəzinin Oftalmologiya şöbəsinin bir qrup mütəxəssisi Bakıdakı Psixonevroloji Uşaq Evində oftalmoloji müayinələr həyata keçirmişlər.

Dövlət tərəfindən əsl valideyn qayğısı kimi əhatə olunmuş bu uşaq evində 160 dan artıq uşaq məskunlaşıb. Diaqnostika mərkəzinin mütəxəssisləri daun sindromu, autizm , fiziki və psixi geriləmə kimi xəstəliklərdən əziyyət çəkən bu uşaqlarda ən son tibbi avadanlıqlarla görmə tiri və göz dibi, uzaqdan görmə faizi və s. müayinələr apardılar. Aşkar edilən bəzi xəstəliklər barəsində Psixonevroloji Uşaq Evinin rəhbərliyinə zəruri məlumatlar verildi, xəstəlik aşkarlanan uşaqların müalicəsi üçün müvafiq addımlar atıldı.

 

Xeyriyyə aksiyası digər Uşaq Evlərində də keçiriləcək.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı 

18/12/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013