Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Bakıda tibb müəssisələri əsaslı yenidənqurmadan sonra istifadəyə verilib

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paytaxtda bir sıra səhiyyə müəssisələri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Əsaslı təmir olunan səhiyyə müəssisələrindən biri 6 saylı birləşmiş şəhər xəstəxanasıdır. 180 çarpayılıq xəstəxanada 7 şöbə fəaliyyət göstərir. Bütün şöbələr ən müasir tibbi avadanlıqla təchiz edilib və əhaliyə yüksək səviyyəli tibbi xidmət göstərilməsi üçün bütün lazımi şərait yaradılıb.

 

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Cərrahiyyə klinikası da əsaslı yenidənqurmadan sonra istifadəyə verildi. 32 çarpayılıq klinikada cərrahiyyə, anestezelogiya-reanimasiya, intensiv terapiya və poliklinika şöbələri, eləcə də həkim kabinetləri və yardımçı otaqlar müasir standartlar səviyyəsində təmir olunaraq tibbi cihazlarla təchiz edilib.

 

100 çarpayılıq 5 saylı Uşaq Yoluxucu xəstəliklər xəstəxanası, eləcə də 3 nömrəli Uşaq Stomatoloji poliklinikası da əsaslı təmir olunub və bu gün istifadəyə verildi. Bu tibb müəssisələrində balacaların müayinə və müalicəsi, eləcə də onlara keyfiyyətli səhiyyə xidmətlərinin göstərilməsi üçün hər cür şərait yaradılıb.

 

Analoji açılış mərasimləri 24 saylı birləşmiş şəhər xəstəxanası, 2 nömrəli vərəm əleyhinə dispanser və Hovsan qəsəbəsindəki 23 saylı şəhər poliklinikasında oldu. Tibb müəssisələrində biokimyəvi və kliniki laboratoriyalar, kardioloji, stomatoloji, oftalmoloji, cərrahiyyə və lor kabinetləri, USM, rentgen və manipulyasiya otaqları lazımı tibbi cihaz və avadanlıqla təchiz olunub. Lökbatan qəsəbəsindəki 19 saylı birləşmiş şəhər xəstəxanası da öz qapılarını tamam yeni görkəmdə açıb. Tibb ocağının kabinetlərində müasir texnologiyalara əsaslanan cihaz və avadanlıqlar qoyulub. Reanimasiya zalı, cərrahiyyə blokları da tam yenilənib. 50 çarpayılıq xəstəxanada 1, 2 və 3 nəfərlik palatalar mövcuddur.

 

Bu gün həmçinin 2 saylı dəri-zöhrəvi dispanseri, Puta qəsəbəsindəki 9 nömrəli şəhər xəstəxanası və Təxirəsalınmaz təcili tibbi yardım stansiyasının 19 saylı köməkçi stansiyası da əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilib.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

 

Bakıda tibb müəssisələri əsaslı yenidənqurmadan sonra istifadəyə verilibBakıda tibb müəssisələri əsaslı yenidənqurmadan sonra istifadəyə verilibBakıda tibb müəssisələri əsaslı yenidənqurmadan sonra istifadəyə verilibBakıda tibb müəssisələri əsaslı yenidənqurmadan sonra istifadəyə verilibBakıda tibb müəssisələri əsaslı yenidənqurmadan sonra istifadəyə verilibBakıda tibb müəssisələri əsaslı yenidənqurmadan sonra istifadəyə verilibBakıda tibb müəssisələri əsaslı yenidənqurmadan sonra istifadəyə verilibBakıda tibb müəssisələri əsaslı yenidənqurmadan sonra istifadəyə verilibBakıda tibb müəssisələri əsaslı yenidənqurmadan sonra istifadəyə verilibBakıda tibb müəssisələri əsaslı yenidənqurmadan sonra istifadəyə verilib

27/12/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013