Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Oqtay Şirəliyev Hacıqabulda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 15.01.2014-cü il tarixində saat 11:00-da Hacıqabul Mərkəzi rayon xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Nazir Hacıqabulla yanaşı ətraf rayonlardan olan Şirvan, Salyan, Neftçala, Sabirabad, Kürdəmir, Saatlı rayon sakinlərini qəbul edəcək.

 

Qəbulda vətəndaşları maraqlandıran məsələlər, şikayət, təklif və fikirlər dinləniləcək və lazımi tədbirlər görüləcək.

 

Qəbula yazılmaq istəyən vətəndaşlar Hacıqabul Mərkəzi rayon xəstəxanasına müraciət edə bilərlər.

14/01/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013