Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Naziri Oqtay Şirəliyev Hacıqabulda vətəndaşları qəbul etmişdir

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 15,01.2014-cü il tarixində Hacıqabul Uşaq Tibb Mərkəzində Hacıqabul Şirvan, Salyan, Neftçala, Sabirabad, Kürdəmir, Saatlı rayon sakinlərini qəbul etmişdir. Qəbul zamanı nazir tərəfindən 30 vətəndaşın şikayət, xahiş və müraciəti dinlənilmişdir. Müraciətlərlə bağlı bir çox məsələlər yerindəcə həll edilib, yaxud da müvafiq strukturlara tapşırıqlar verilmişdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

15/01/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013