Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Sanitar-Epidemioloji qaydaları pozan müəssisə rəhbərləri cəzalandırılır

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən sanitar- gigiyenik normaları pozan müəssisə sahibkarları inzibati qaydada cərimə olunurlar. Təkcə, 2013-cü ilin dekabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 37 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 3 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 15 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 922, mikrobioloji göstəricilərinə görə 873, toksikoloji göstəricilərinə görə 343, radioloji göstəricilərinə görə 32 yeyinti məhsullari nümunələri laboratoriya müayinələrinə cəlb olunmuşdur. Nümunələrin 18-də orqanoleptik və fiziki-kimyəvi, 14-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunmuşdur.

Şadlıq evlərindən 1158 yaxma nümunəsi, 23 soyuq qəlyanaltı nümunəsi götürülmüş, 23 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilmişdir.

Dekabr ayı ərzində əhali arasında 64 qida zəhərlənməsi hadisəsi baş vermiş, 113 nəfər zərərçəkən olmuşdur. O cümlədən 9 botulizm hadisəsi baş vermiş, 17 nəfər zərərçəkən olmuşdur.

30/01/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013